Əvəlik qovurması

Dağlarda bitən bu bitki yığılıb qurudulur sonra doğranır. Ayrılıqda qaynadılır. Yağ soğana tomat pastası vurulur, qaynadılmış göyərti əlavə edildikdən sonra qırmızı bibər və duz əlavə edilir. Bunu qovurma ilə də etmək olar. Daha çox Naxçıvan dialekt və şivələrində işlənir. Sintaktik üsulla formalaşan bu xörək adı ikinci növ ismi birləşmə modelindədir. “Əvəlik qovurması” xörək adının birinci komponentində işlənən söz ismin adlıq halına oxşasa da əslində qeyri-müəyyən yiyəlik halındadır. İkinci tərəfdəki “qovurması” sözü –sı mənsubiyyət şəkilçisi qəbul etmişdir.
Ət şorbası
Əvəlikli aş
OBASTAN VİKİ
Əvəlik
Əvəlik (lat. Rumex) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25, Azərbaycanda isə 17 növü yayılmışdır. Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır. Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir.
Adi əvəlik
Adi əvəlik (lat. Rumex acetosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. == Sinonimləri == Acetosa agrestis Raf. Acetosa amplexicaulis Raf. Acetosa angustata Raf. Acetosa bidentula Raf. Acetosa fontanopaludosa (Kalela) Holub Acetosa hastifolia Schur Acetosa hastulata Raf. Acetosa magna Gilib. Acetosa officinalis Gueldenst. ex Ledeb.
Qumral əvəlik
Qumral əvəlik (lat. Rumex crispus) — qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. Çəmənliklərdə və sahələrin kənarında, çay kənarlarında, su arxları və yolların kənarında alaq otu kimi bitir. Hündürlüyü 50-100 sm olan çoxillik ot bikisidir. Gövdəsi bərk, çılpaq və azacıq şırımlıdır. Qalın və lansetvari cod yarpaqları saplaqlı, uzunsov- lansetvari və ya uzunsov-xəttvaridir. Saplaq tərəfi yumru və ya ürəkvari şəkildə daralmış, ucları iti, qıraqları burulmuş-dalğavaridir. Çoxçiçəkli dəstə kimi birləşən çiçəkləri dar uzun süpürgəvarı çiçəkqrupu əmələ gətirir. Meyvələri 2 mm uzunluğunda tünd mixəyi rəngli, parıltılı, iti üçkünc qozcuqlardır. May-iyul aylarında çiçəkləyir və meyvə verir.
Əvəlik aşı
Əvəlik dolması
Əvəlik dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. Qoyun əti – 108q Düyü – 30q Baş soğan – 20q Göyərti (keşniş, şüyüd və nanə) – 15q Əvəlik – 40q Qatıq – 20q Əridilmiş yağ – 10q Duz-zövqə görə İstiot-zövqə görə Darçın-zövqə görə. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz,istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə əvəlik yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su töküb hazır olana kimi, təqribən bir saata qədər bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.Cökə və heyva yarpağından da bu cür dolma bişirilir.
Əvəlik şorbası
Əvəlik şorbası — Əsasən, Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisi) Qarabağda məşhurdur. Qədim torpaqlarımız olan Qars, İğdır, Ərzurum, Van bölgələrində də çox bişirilir. Qey edək ki, bu ərazilərin bir çox hissəsi bir zamanlar İrəvan xanlığının bir parçası olmuşdur. Bu şorba sağlamlığa faydalıdır. Xalq arasında soyuqdəymə zamanı müalicə üçün istifadə edilir. 1 ədəd soğan 1 ədəd kartof 1 kasa yaşıl mərcimək 1 kasa düyü 1 ovuc əvəlik yarpağı Ət suyu, yağ, sous, pulbibər,su Umac Bəzi yerlərdə əriştə və düyü də əlavə edirlər Əvəlik yarpaqları bir qazana qoyulub biraz qaynadılır.Sora yaşıl mərcimək qaynadılır. Kartof küp küp doğranılır və hazır saxlanılır. Əvvəl soğan doğranıb yağla qovrulur və sonra sous və pulbiber qatılır. Soyuq su əlavə edildikdən sonra bir kasa düyünu suyun içinə boşaldılır. Kartof və ardından yaşıl mərcimək əlavə edilir və ən son duzu da qatılaraq qaynamağa qoyulur.Çox qatılaşarsa üzərinə biraz su tökərək isdədiyiniz formanı ala bilərsiniz.